«OKmedia» daim yeni talantlar kəşf etməyə, onlara öz bilik və bacarıqlarını real biznes mühitində istifadə etmək üçün şərait yaratmağa maraqlıdır.
— Biz öz xüsusi iş modelimizlə, əməkdaşlarımıza karyerasında sürətli böyümə və nailiyyətlər əldə etməyə maksimal şərait yaratmışıq.
— İş formamız yorucu olmayan, daim fərdi inkişaf etdirən, yeni biliklərə yiyələnməyə vadar edən və yeni imkanlara qapılar açan formadadır.
— Biz tez yorulanları, pessimist düşüncəli olanları, çox yemək yeyən və çox yatmağı xoşlayanları sevmirik :)
Hal-hazırkı boş vakansiyalar:— Satış üzrə menecer
— Start-up layihələri ilə iş üzrə mütəxəssis
— Biznesin inkişafı üzrə menecer
Üstünlük verilir:— Kreativ düşüncələrə sahib
— Kitab oxumağı sevən
— Korporativ satış sahəsində iş təcrübəsi olan
— Rus dili bilən (Rusdilli müştərilərlə işləmək üçün)
— Üstün dərəcədə internet istifadəçisi
— Ünsiyyət qurma bacarığı olan
Necə müraciət etməli:— cv [@] okmedia.az e-mail ünvanına müvafiq vakansiyanın adını qeyd et;
— Qoşmaya tərcümeyi-halını (CV) yüklə;
— Mətn hissəsinə niyə məhz səni seçməli olduğumuza dair öz iddianı əlavə et